İran İslam İnqilabı Keşikçiləri Korpusu İran körfəzində( Bəsrə) 300 min litr maye yanacağın qaçaqmalçılıq yolu ilə qanunsuz daşınmasının qarşısını alıblar.
BAKU.NEWS xəbər verir ki, bu barədə Fars Xəbər Agentliyi məlumat yayıb.
Nəşrin bildirdiyinə görə, əməliyyat nəticəsində Panama dövlətinin bayrağı altında üzən gəmi ələ keçirilib. Gəmidəki 10 nəfər ekipaj üzvü isə nəzarətə götürülüb.
Saxlanılan ekipaj üzvlərinin hansı ölkənin vətəndaşları olması barədə məlumat verilməyib.

