İranda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), həmçinin İsrailin kəşfiyyat qurumu olan MOSSAD-a işlədiyi və iranlı general Qasım Süleymaninin suiqəsdində ABŞ-a məlumat ötürdüyü iddia edilən şəxs barəsində edam hökmü çıxarılıb.
Bunu İran məhkəməsinin nümayəndəsi Qulamhüseyn İsmaili deyib.
“MKİ və MOSSAD-ın agenti olan Mahmud Musəvi-Məcidə ölüm cəzası verilib. O, şəhid Süleymaninin harada olduğu məlumatını düşmənə vermişdi”, – o bildirib. (Report)


