Tarix elmləri üzrə fəlsəfə doktoru, tanınmış yazar İradə Əlilinin müəllifi olduğu “Xocalı Şahidlər danışır” koreya dilində tərcümə edilir.
BAKU.NEWS xəbər verir ki, bu barədə İradə Əlili özü məlumat verib.
Yarım il bundan öncə tanıdığm fəaliyyətini izlədiyim bir gənc mənə yazdı. İradə xanım mən sizin Xocalı həqiqətlərindən bəhs edən bir çox dillərə tərcümə olunmuş “Xocalı Şahidlər danışır” kitabınızı koreya dilinə tərcümə etmək istəyirəm. Çox sevindim bu təklifə. Anar elə həmin vaxtdan kitabın tərcüməsinə başladı. Demək olarkı bu ilin sonuna tərcümə bitəcək. İstedadlı bacarıqlı Azərbaycan gənci Anar oğluma minnətdarlığımı bildirirəm. Əziz dostlar Anar oğlumuz gənc olsada çox gözəl çalışmaları var. Anar Rzayev Hüsaməddin oğlu, 29 iyul 2003-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2009-2018-ci illərdə Q.Abbasov adına 284 nömrəli tam orta məktəbdə təhsil almışdır. Daha sonra imtahan verərək Bakı Slavyan Universiteti nəzdində lisey kompleksinə daxil olmuş və 2018-2020-ci orada təhsil almışdır. Təhsil aldığı illərdə bir sıra dövlət tədbirlərində həm bədii qiraətçi, həm də aparıcı qismində iştirak etmişdir. Liseydən məzun olduqdan sonra Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreyanın İNHA Universiteti arasında icra olunan İkili Diplom Proqramına qəbul olmuş və 2020-2024 həmin proqramda təhsil almışdır. Həmçinin bir çox ölkələrdən olan tarixçilər, incəsənət xadimləri, memarlar, yazarlar kimi tanınmış ziyalılarla tarix, incəsənət, astronomiya, texnologiya, mədəniyyət, dil, ədəbiyyat və başqa mövzularda zoom platforması üzərindən onlayn beynəlxalq konfransların təşkilatçısı və moderatorudur.
“Qeyd edim ki, soyqırırm həqiqətlərindən bəhs edən müəllifi olduğum2018-ci ildə çapdan çıxmış “ Xocalı Şahidlər danışır” kitabım 12 dildə çap olunmuşdur. Azərbaycan , rus, ingilis, türk, holland, finland , alman, fransız, italyan, ispan, ərəb ,urdu dillərində. Növbəti tərcümə Koreya dilidir. Kitabın əvvəlki tərcümələrini etmiş Xəyalə Qurbanovaya, Natavan Ayazoğluna, Aysel Məmmədzadəyə, Arzu Oktaya, İlkanə Qojaya, Pərviz Əfəndiyevə, Amaliya Paşayevaya, Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı filologiya elmləri doktoru Bənövşə xanıma və onun pedaqoji kollektivinə, kitabın redaktoru Ombudsman aparatının əməkdaşı ,Prezident təqaüdçüsü,şairə publisist Azadə Novruzovaya müəllif olaraq sizin sayt vasitəsi ilə təşəkkürürümü bildiririəm. Holland və finland dilində şap olunmuş kitablar xaric digər kitabları öz şəxsi vəsaitim hesabına çap etdirmişəm”, deyə İ.Əlili bildirib.


