Qanunvericiliyə əsasən zor tətbiq etmək, eləcə də hədə-qorxu və ya digər məcburetmə vasitələri, təsir imkanları və ya zəiflik vəziyyətindən sui-istifadə etmək və bu kimi digər üsullarla istismar məqsədilə insanların cəlb olunması, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi insan alverinin predmetini təşkil edir və qanunla qadağandır. Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən insanın istismarı ilə nəticələnən hüquqpozmaların vaxtında qarşısının alınması və həmin əməllərə yol verən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində mütəmadi tədbirlər görülür. Bu məqsədlə Baş İdarənin fasiləsiz olaraq fəaliyyət göstərən “152“ Qaynar xəttinə daxil olmuş hər bir zəng araşdırılmaqla konfidensiallıq təmin edilir.
Bunu AZƏRTAC-a açıqlamasında DİN-in mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Lumu İsrəfilli deyib.
Onun sözlərinə görə, polis əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə insan alveri və məcburi əmək qurbanlarının müəyyənləşdirilməsi məqsədilə davamlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir, vətəndaşların insan alveri cinayətlərindən müdafiəsi təmin olunur, insan alveri qurbanları fiziki, psixoloji və sosial reabilitasiya tədbirləri ilə əhatə edilir.
“Xüsusilə yetkinlik yaşına çatmayanların insan alverinin qurbanına çevrilməsinin qarşısının alınması tərəfimizdən diqqət mərkəzindədir. Bu istiqamətdə 15 yaşına çatmamış şəxsləri işə cəlbetmə, onları ictimai mənəviyyata zidd əməllərə sövqetmə, azyaşlıları küçə həyatına və dilənçiliyə məruzqoyma, erkən evliliyə daxil olmağa məcburetmə kimi qanunzaidd hallara qarşı nəzarət tədbirləri həyata keçirilir. Həmçinin respublikanın şəhər və rayonlarında insan alverinə qarşı mübarizə sahəsində maarifləndirmə işinin artırılması məqsədilə profilaktik tədbirlər təşkil olunur, insan hüquqları, uşaqların təhsildən yayınması və baxımsızlığı, uşaq nikahlarının qarşısının alınması, xüsusilə xarici ölkələrə əmək fəaliyyəti ilə məşğul olmaq üçün gedən vətəndaşların, eləcə də ölkə ərazisindən tranzit keçən və ölkəyə gələn əcnəbilərin insan alveri təhlükəsi barədə məlumatlandırılması təmin edilir”, – deyə Lumu İsrəfilli diqqətə çatdırıb.
Qeyd edək ki, bu gün Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günüdür.
TREND
- İlham Əliyev Qolf Klubun açılışında iştirak edib
- Bakıda 35 milyonluq park salınır
- Vilayət Vəliyevin yerinə rektor təyin olundu
- Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq
- AZAL Qarsa ilk reysini həyata keçirib
- “Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuş videoçarxlar hazırlandı
- İnsan alveri qurbanlarının müəyyənləşdirilməsi məqsədilə davamlı tədbirlər həyata keçirilir – AÇIQLAMA
- Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir


