30 İyul – İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Günüdür
İnsan alveri hər kəsin üzləşə biləcəyi təhlükədir. Xaricdə təhsil, iş və yüksək gəlir vədləri ilə edilən cəlbedici təkliflər bəzən insan alveri cinayətlərinin tərkib hissəsinə çevrilə bilər.
Qərar verməzdən əvvəl məlumatı yoxlayın və yalnız etibarlı, rəsmi mənbələrə etibar edin.
İnsan alveri ilə bağlı məlumat vermək və ya yardım almaq üçün İnsan Alverinə Qarşı Mübarizə üzrə 152 qaynar xəttinə zəng edin.
İstismarla üzləşdiyiniz halda, olduğunuz ölkədəki Azərbaycan Respublikası səfirliyinə və ya konsulluğuna müraciət edə bilərsiniz.
Aldanmayın. Məlumatlı olun. Özünüzü və yaxınlarınızı qoruyun.


