“Şəbnəmi 20 ilə yaxındır tanıyıram. Əslində o, yaxşı ifaçılardan biridir. Yaxşı oxuyandır, o birilərlə bir tutmayaq”.
BAKU.NEWS “Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu “Tarixin bir günü” proqramında deyib. O, hazırda gündəmdə olan bəzi ifaçılara səslənib.
“O ki qaldı çıxıb sənətdən və ya böyük-böyük danışmaq… Hər birini bura canlı oxumağa dəvət edirəm. Onları müşayiət edəcəyəm. Hünərləri varsa, gəlsinlər oxusunlar. Gəlin, Tofiq Quliyevdən, Rauf Hacıyevdən, Aygün Səmədzadədən oxuyun. Amma sizin oxuduğunuz o mahnılar yox” deyə, Hüseyn, bildirib.


