Bu ilin I yarısında Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlər 147 milyon manat gəlir əldə edib.
BAKU.NEWS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 63,1% çoxdur.
6 aylıq gəlirin 58,4%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,5%-i ictimai iaşə xidmətlərindən, 3,2%-i müalicə və sağlamlıq xidmətlərindən, 9,9%-i isə digər xidmətlərin göstərilməsindən əldə olunub.
Hesabat dövründə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 12,4% səviyyəsində olub ki, bu da 1 il əvvələ nisbətən 3,4 faiz bəndi çoxdur. Bu göstərici Şabranda 90 %, Naftalanda 27%, Beyləqanda 26,7%, Qubada 26,5%, Ağcabədidə 19,6%, Bakıda 18,6%, Lənkəranda 17,6%, Sabirabadda 17,2%, Şuşada 17,1%, Qusarda 16,4%, Qəbələdə 16,4%, Göyçayda 12,8%, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.


