Hindistanın “Air India Express” hava yollarına məxsus “Boeing 737” sərnişin təyyarəsinin qəza enişi etməsi nəticəsində 20 nəfər ölüb, 140 nəfər xəsarət alıb.
BAKU.NEWS TASS-a istinadən xəbər verir ki, bu barədə “Hindustan Times” nəşri məlumat yayıb.
Məlumata görə, təyyarə əlverişsiz hava şəraitində eniş edib.
Qeyd edək ki, uçuş pandemiya zamanı Hindistan vətəndaşlarının xaricdən qayıtması proqramı çərçivəsində həyata keçirilib.












