Kanadalı ifaçı Castin Biberin həyat yoldaşı və dövrümüzün ən məşhur modellərindən biri Heyli Biber “Elle” üçün möhtəşəm fotosessiyada iştirak edib.
BAKU.NEWS xəbər verir ki, bu barədə kadrlar modelin “Instagram” hesabında paylaşılıb.
Qara zərif gecə paltarında və çimərlik geyimlərində çəkilən görüntülər istifadəçilər tərəfindən yüksək qiymətləndirilib, paylaşım az müddətdə milyonlarla baxış toplayıb.
Model, fotoların məşhur fotoqraf Mario Sorrenti tərəfindən çəkildiyini vurğulayıb.
Qeyd edək ki, “Calvin Klein”, “Levi’s”, “bareMinerals” və “Versace” kimi dünyanın tanınmış şirkətləri ilə işləyən Heyli Biberin “Instagram” hesabında 32 milyondan artıq izləyicisi var.
















