Türkiyədə baş vermis zəlzələ ilə əlaqədar Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin fevralın 8-dən başlatdığı humanitar kampaniya çərçivəsində toplanan yardım bu gün səhər qardaş ölkəyə yola salınıb.
BAKU.NEWS xəbər verir ki, bu gün Bakıdan çıxan növbəti humanitar yardım maşınlarında müxtəlif isti geyimlər, gigiyenik vasitələr, istilik avadanlıqları, yorğan və döşəklər və s. var və bu yardımlar birbaşa zəlzələ bölgəsinə çatdırılacaq.
Qeyd edək ki, Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarına çağırışına qoşulan “Regional İnkişaf” İctimai Birliyi fevralın 8-dən Neftçilər prospektində yerləşən Bakı İdman Sarayında Türkiyənin təbii fəlakətdən zərər çəkmiş vilayətlərində hazırda ən çox ehtiyac duyulan ləvazimatların toplanmasını həyata keçirir. Bakı İdman Sarayında vətəndaşlar tərəfindən təqdim olunan lazımi vasitələr qəbul olunur, çeşidlənir və qablaşdırılaraq Türkiyəyə yola salınır.










