2025-ci ildə Azərbaycanda turizm və ictimai iaşə sektoru müsbət dinamika nümayiş etdirsə də, əvvəlcədən müəyyən edilmiş hədəflərə tam nail ola bilməyib.
Bu barədə Hesablama Palatasının “2025-ci il dövlət büdcəsinin icrası” haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənədə əsasən, ötən il turizm və ictimai iaşə sektorunda real artım 8,5 % təşkil edib. Halbuki ilin əvvəlində bu sahə üzrə 15,9 %-lik artım proqnozlaşdırılıb Sonradan gözlənilən göstərici 9,9 %-ə endirilsə də, faktiki nəticə bundan da aşağı olub.
Palatanın təhlillərinə əsasən, qeyri-neft-qaz sektorunda artıma ən böyük töhfə nəqliyyat və ticarət sahələrindən gəlib. (Report)
TREND
- Nailə Kələntərli kollektivə təqdim olundu
- Sürət həddi endirilib – Sürücülərin nəzərinə!
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib


