Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yaratdılan “www.heroes.az” NETTY Milli İnternet Mükafatına layiq görülüb.
Bu barədə BAKU.NEWS-a layihənin müəllifi İmaməddin Quliyev məlumat verib.
Qeyd edək ki, layihənin məqsədi ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş Azərbaycan qəhrəmanlarının tanıdılması, kifayət qədər zəngin məlumatları özündə əks etdirən www.heroes.az veb saytını yaradaraq gənclərə təqdim etmək, onların milli vətənpərvərlik və vətənə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən layihələrə dəstək verməkdir.


