“İnsanlar daha az dözmək, daha çox karyera haqqında düşünmək istəyir. Keçmişdə “döz” deyə-deyə psixoloji cəhətdən qırıq, çat vermiş nəsillər yetişdirdik. Bəs bunun nəyi yaxşıdır? İki insanda alınmırsa, ayrılmaq daha yaxşıdır. Düzdür, boşanma tərəfdarı deyiləm, övladlar da var”.
BAKU.NEWS xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif “Üzə düz” proqramında qonaq olarkən deyib. O, ikinci dəfə ailə qurmağın tərəfdarı olmadığını bildirib: “Həyat yoldaşım çox ciddi bir ailənin övladı idi. Mən də sənət dünyasından bir adam. Ona görə tərəddüdlərim var idi ki, görəsən bu iş alınarmı?
Böyüklərinin böyüklüyüdür ki, ünsiyyət zamanı anladılar ki, qarşılarındakı boş adam deyil. Elçilikdə heç bir problem yaşanmadı. Onun bütün qohumları Bakıda yaşayır, təkcə öz ata-anası İsveçdə. Anamgil gedib ailəsi ilə tanış oldular. Heç vaxt ikinci dəfə evlənmərəm. Belə qlobal məsələlərdə mən talehə, qismətə inanmaram! Düzdür, belə bir ifadə var, “heç vaxt heç vaxt demə”. Amma evlilik yalnız 1 dəfə! Bu, mənim üçün birdəfəlik həll olunmuş mövzudur!”


