Gürcüstan Mərkəzi Seçki Komissiyasının 3847 seçki məntəqəsində bülletenlərin 90.56%-i sayılıb.
BAKU.NEWS xəbər verir ki, ilkin mlumata görə, 7 partiya və 2 blok Gürcüstan parlamentinə daxil olur.
*Saat 12:01
Gürcüstan Mərkəzi Seçki Komissiyası bülletenlərin 80.22%-nin hesablandığını açıqlayıb.
BAKU.NEWS xəbər verir ki, bu saata olan göstəriciyə əsasən, hakim “Gürcü arzusu” partiyası səslərin 48.34%-ni toplayıb.
İlkin məlumatlara görə, “Gürcü arzusu” ilə birlikdə doqquz partiya parlamentə gedir:
Birləşmiş Milli Hərəkatın yaratdığı “Güc birlikdədir” bloku – 26.43%
“Avropa Gürcüstanı” (David Bakradze) – 3,78%
“Lelo” (Mamuka Xazaradze) – 3,26%
“Vətənpərvərlər İttifaqı” (İrma İnaşvili) – 3,2%
“Giorgi Vaşadze – Aqmaşenebeli strategiyası” – 3.16%
“Qirçi” (Zurab Caparidze) – 3.06 %
“Vətəndaşlar” (Aleko Elisaşvili) – 1,4%
“işçi Partiyası” (Şalva Natelaşvili) – 1%
Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı olan Nino Burjanadzenin “Vahid Gürcüstan” (0,86%) də daxil olmaqla digər partiyalar 1% -lik baryeri aşmayıblar.


