Səslərin yarısının hesablanmasından sonra hakim “Gürcü arzusu” partiyası parlamentdəki səs çoxluğunu itirib.
BAKU.NEWS xəbər verir ki, bu barədə MSK-nın saytında yerləşdirilən məlumatda bildirilir.
Məlumata görə, səhər saat 7-yə kimi bülletenlərin 50.45%-i sayılıb, partiya 49.98 % səs toplayıb. Belə ki, əvvəlcə bülletenlərin dörddə biri işləndikdən sonra partiyanın səs faizi 54% -dən çox idi.
Hazırda səslər mütənasib sistemə görə paylanıb:
“Gürcü arzusu – Demokratik Gürcüstan”- 49.98% (418.127 səs);
Birləşmiş Milli Hərəkatın yaratdığı “Güc birlikdədir” bloku – 25.42% (212.671);
“Avropa Gürcüstanı” (David Bakradze) – 3,83% (31,969);
“Vətənpərvərlər İttifaqı” (İrma İnaşvili) – 3,29% (27,533);
“Lelo” (Mamuka Xazaradze) – 3,1% (25,945);
“Giorgi Vaşadze – Aqmaşenebeli strategiyası” – 2.46% (8.705);
“Qirçi” (Zurab Caparidze) – 2,83% (23,708);
“Vətəndaşlar” (Aleko Elisaşvili) – 1,32% (11,022);
“işçi Partiyası” (Şalva Natelaşvili) – 1% (8.400).
Digər partiyalar hələ 1% baryeri aşmayıblar.


