31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Masallıdan olan balacalara bayram hədiyyələri göndərilib.
Bu barədə BAKU.NEWS-a Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyindən məlumat verilib.
Bildirilib ki, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi və “Gözəl Yaşam” Mərkəzi xeyirxah dostları ilə bərabər bayramlar ərəfəsində həssas qrupdan olan körpələri sevindirmək üçün kitab və hədiyyələri Masallı rayonuna göndəriblər.


