Göygöl şəhər İcra nümayəndəliyi avqustun 15-də Göygöl şəhərində fərdi evin zirzəmisinin çökməsi ilə bağlı rəsmi açıqlama yayıb.
Açıqlamada deyilir :
“Qanunvericilik normalarını gözləmədən, müvafiq dövlət qurumlarına müraciət etmədən vətəndaş özbaşına evinin zirzəmisində söküntü işləri apararkən hadisə baş verib. Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsində baş vermiş hadisəyə hüquqi qiymət veriləcəkdir.
Qanunvericiliyin tələblərinə riayət edilməklə tikinti işlərinin aparılması ilə bağlı şəhər əhalisi bir daha xəbərdarlıq edilir”.


