Azərbaycan sərhədçiləri tərəfindən ərazilərimizdə saxlanılan iki iranlı sürücü azad olunub.
BAKU.NEWS “Qafqazinfo”a istinadla xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Qeyd edək ki, onlar Azərbaycan Gorus-Qafan yolunun Azərbaycanın nəzarətində olan hissəsində bir neçə həftə əvvəl saxlanılmışdı. Daxili İşlər Nazirliyi onların qanunsuz yollarla ölkə ərazisinə girdiyini açıqlamışdı.
Həmçinin oxuyun: DİN-dən Gorus-Qafan yolunda saxlanılan iranlı sürücülərlə bağlı – Açıqlama
Xatırladaq ki, Naxçıvan həbsxanalarında cəza çəkən iki İran vətəndaşı da ölkələrinə təhvil verilib.


