“Aqrovest” MMC-yə cərimə protokolu yazılıb.
BAKU.NEWS bildirir ki, E-huquq.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib edilib.
Protokol baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilib. İş hakim Hümbət Səlimovun icraatına verilib.
Protokol təsdiq olunarsa, şirkət inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilə bilər.


