Penitensiar Xidmət rəisinin müşaviri Rauf Qasımzadənin tutduğu vəzifədən azad olunması ilə bağlı məlumat yayılıb.
Bununla bağlı yayılan məlumatlarda ədliyyə naziri Fərid Əhmədovun onunla bağlı əmr imzaladığı deyilir.
Rauf Qasımzadənin vəzifəsindən çıxmasının səbəbi bəlli olub.
Məlumata görə, o, öz ərizəsi ilə Penitensiar Xidmətdəki postundan ayrılıb.
Buna səbəb isə onun digər dövlət qurumlarından birində yüksək vəzifəyə təyin olunmasıdır.
Qeyd edək ki, Rauf Qasımzadə bundan əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-də və bir sıra digər dövlət qurumlarında yüksək vəzifələrdə çalışıb.
Onu da xatırladaq ki, Rauf Qasımzadə Penitensiar Xidmətin keçmiş rəisi, general Aydın Qasımovun oğludur./Bakıvaxtı.az/
TREND
- Polis polkovnik leytenantı rəis təyin edildi
- Baku Group MTK-da TƏHLÜKƏ: Daşıyıcı divarı dağıdıb qapı açdılar – VİDEO
- ‘HB Geven Klinik’ auditdən yayındı, cərimə olundu
- Aytən Səfərova Tiflisdə “ilişib qaldı” – qayıtmaq üçün 3 həftə bilet gözlədi
- Rusiyadan Azərbaycana viza rejimi tətbiqi çağırışı
- Generalın oğlu işdən buna görə ÇIXIB
- Üç nəfərin öldüyü yanğınla bağlı “Loft Klinika”nın direktoru hakim qarşısında
- Ermənistan Azərbaycanla ticarət əlaqələri qurmağı planlaşdırır


