Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Gəncə Memorial Kompleksinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Gəncə Memorial Kompleksinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsinin Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməsini təmin etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.
TREND
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
- Neftçalada YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müşavirə keçirilib – FOTOLAR
- Ombudsman Səbinə Əliyeva Almaniyanın ölkəmizdəki səfirini qəbul edib
- Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib – Sərəncam
- AMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb
- Prezidentdən Qarabağla bağlı SƏRƏNCAM
- VTB Azərbaycanın mənfəəti 26,8% azaldı: Bankın yığılmış zərəri 200 milyon manata yaxınlaşdı
- General Zeynalovla kapitanın “şabalıd davası” bitdi – 10 ildən çox…


