Fransanın Strasburq şəhərində “sarı jiletlilər” hərəkatının onlarla üzvü “Elzasdan son xəbərlər” (Dernieres Nouvelles d’Alsace) adlı regional qəzetin nəşriyyatının girişini blok etməyə cəhd göstəriblər.
Baku.News xarici agentliklərə istinadən xəbər verir ki, hadisə Fransa vaxtı ilə 23:00-da baş verib. Onların bir neçəsi nəşriyyatın qapısına dayanıb. Nümyişçilər qəzeti “sarı jiletlilər” hərəkatı haqqında yalan məlumatlar yaymaqda suçlayıblar. Hadisə yerinə iyirimiyə yaxın polis gələrək nümayişçiləri sakitləşdirmək üçün danışıqlar aparıb.
Analoji hadisə eyni gündə Fransanın qərbində, Tonon-le-Ben şəhərində baş verib. Orada da nümayişçilər “Dauphine Liberee” qəzetinəə hücum edərək, burada iğtişaş salıblar.
Qeyd olunur ki, Fransadakı etiraz aksiyaları zamanı “sarı jiletlilər” əleyhinə yazan jurnalistlərə qarşı hücum halları çoxalıb.
Lakin maraqlıdır ki, Rusiyanın qara təbliğat vasitələri, Kremlin birbaşa nəzarətində olan “Russsia Today” kanalının və “Sputnik” saytının əməkdaşları onlar tərəfindən alqışlarla müşaiyət olunur.
TREND
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib
- Daşkənddə beynəlxalq kardiologiya tədbirləri keçirilir


