Fransanın Lion şəhərindəki yunan kilsəsində 52 yaşlı rahibə silahlı hücum olub.
BAKU.NEWS TASS-a istinadən xəbər verir ki, kilsənin qapısını bağlayarkən naməlum şəxsin basqınına məruz qalan keşiş iki güllə yarası alıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs isə polis tərəfindən saxlanılıb. Onun üzərindən hər hansı silah tapılmayıb.


