Fransa və Almaniya Belarusda erkən prezident seçkilərinin keçirilməsi ilə bağlı çağırış edib.
BAKU.NEWS xarici mediaya istinadən xəbər verir ki, bu barədə hər iki ölkənin birgə bəyanatında deyilir:
“Belarusdakı siyasi vəziyyəti nəzərə alaraq, biz yenidən prezident seçkilərinin keçirilməsini, bütün siyasi məhbusların azadlığa buraxılmasını istəyirik”.
Xatırladaq ki, “Ryanair” hava şirkətinə məxsus təyyarənin Minskdə məcburi endirilməsi və NEXTA teleqram-kanalının rəhbəri Roman Protaseviçlə sevgilisi Sofiya Sapeqinin həbs edilməsi Avropada etirazla qarşılanıb. Əksər ölkələr Belarusla aviaəlaqəni dayandırıb.


