Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə builki ixtisas seçiminin nəticələrini elan edib. Məlum olub ki, ali təhsil müəssisələrinin müsabiqəsində 82883 nəfər iştirak edib. Onlardan 55656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Respublika Hərbi Prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyevin qızı Fatimə Bakı Dövlət Universitetində ali təhsil alacaq.
Fatimə yüksək bal toplamaqla adını tələbə siyahısına yazdırıb.
BAKU.NEWS olaraq tələbə adını qazanan bütün abituriyentləri təbrik edirik!


