Sentyabrın 22-də “Bakı Fond Birjası” QSC-də (BFB) “FİNKA Azərbaycan” MMC bank olmayan kredit təşkilatının (BOKT) 5 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının növbəti 2 milyon manatlıq tranşının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Redaksiya bu barədə Birjaya istinadən xəbər verir.
Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz birqiymətli hərrac yolu ilə yerləşdiriləcək. Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 15%-dir. Faizlər 3 aydan bir ödəniləcək. Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin istiqrazları tədavül müddətində geri alması nəzərdə tutulmayıb.
TREND
- Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb – SİYAHI
- Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
- Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir
- Qoşqar Təhməzli: “Heyvanların erkən yaşda kəsilməsi düzgün deyil
- “Xalq Bank”dan pullar geri çəkilir – Depozit portfelində 323 milyonluq AZALMA
- Hərbçilərin pensiya təyinatında – Yenilik
- “PAŞA Bank” Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır!
- Azərbaycanda Yaşıl Kart sığortası verən 6 şirkətin adı açıqlanıb


