“Fövqəladə Hallar Nazirliyinin sahilboyu ərazilərdə apardığı monitorinqlər yekunlaşıb”.
BAKU.NEWS bildirir ki, bunu “Report”a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət mayoru Aqşin Əlili deyib.
Bildirilib ki, monitorinqin nəticəsi olaraq, aidiyyəti icra hakimiyyətlərində işçi müşavirə keçirilib:
“Müşavirə zamanı aşkar olunan bütün nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti üzrə qurumlara tapşırıqlar verilib.
Bildiyiniz kimi, çimərlik mövsümü müvafiq icra hakimiyyəti başçısının sərəncamı ilə rəsmən açıq elan olunur. Bu sərəncam da bir sıra qurumlar üzərinə konkret olaraq tapşırıqlar, göstərişlər verilir. Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti də çimərliklərdə insanların sularda təhlükəsizliyi məsələsinə cavabehdir. Bu baxımdan, biz aprel ayından etibarən bir sıra tədbirləri həyata keçirmişik və bu proseslər hələ də davam edir”.
Onun sözlərinə görə, su altında təbii proseslər nəticəsində müxtəlif təhlükəli maneələr – yarğanalar, burulğanlar və s. bu kimi təhlükələr yaranır ki, bunlar da birbaşa insan həyatı üçün təhlükədir: “Bu təhlükələri vaxtında aşkar etmək üçün dalğıc sualtı baxışlarını həyata keçiririk.


