Xocalı rayonunun Fərrux kəndi ərazisində insan qalıqlarının aşkarlanması ilə bağlı bəzi məlumatlar ortaya çıxıb.
BAKU.NEWS xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, aşkarlanan qalıqlar Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyni adlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxs və ya şəxslərə aiddir.
Saat 21:30
Xocalı rayonunun Fərrux kəndində insan qalıqları aşkarlanıb.
BAKU.NEWS APA-ya istinadən xəbər verir ki, Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan qalıqları aşkar edilib.




