Aqrar Sığorta Fondu aqrar sığorta hadisələri üzrə 2023-cü ilin ilk 6 ayı ərzində fermer və təsərrüfatlara ümumilikdə 1 milyon 175 min manat ödəniş həyata keçirilib.
Sığorta ödənişlərinin 742,3 min manatı bitkiçilik üzrə həyata keçirilib.
Hesabat dövründə bitkiçilik sahəsi üzrə 250-yə yaxın sahibkar və təsərrüfat sığorta ödənişi alıb.
Bitkiçilik üzrə ən çox sığorta ödənişləri pambıqçılıq sahəsi üzrə olub. Bu sahə üzrə 100 fermer və təsərrüfata 372 042 manat ödəniş edilib.
Arpa əkinləri üzrə 190 684 manat, buğda sahəsi üzrə isə 158 241 manat ödəniş həyata keçirilib.
Fermerlərə dəstək məqsədilə sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.


