Ermənistanın Alaverdi mis emalı kombinatının işçiləri 15 fevralda yenidən İrəvan-Tiflis dəmir yolunda hərəkəti dayandırıblar.
Baku.News erməni mediasına istinadən xəbər verir ki, iki ölkə arasındakı dəmir yolunu kəsən etirazçılar baş nazir, yaxud baş nazir müavini ilə görüş tələb ediblər.
İki gün əvvəl də zavod işçiləri İrəvan-Tiflis dəmir yolunu kəsmişdilər. O zaman aksiyaçılarla Lori vilayətinin polis rəisi və qubernatoru görüşmüşdü. Yalnız görüşdən və verilən vədlərdən sonra yolu açmaq mümkün olmuşdu. Etirazçılara vəd olunmuşdu ki, onlarla görüşə baş nazirin müavini Tiqran Avinyan gələcək. Lakin vədlərə əməl olunmaması növbəti etirazlara rəvac verib.
Qeyd edək ki, ekoloji fəlakətlə əlaqədar olaraq zavodun qapadılmasına qərar verilməsi orada çalışan 600-dən artıq işçinin etirazına səbəb olub.
TREND
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib
- Daşkənddə beynəlxalq kardiologiya tədbirləri keçirilir


