Ermənistanda son sutka ərzində daha 2413 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.
BAKU.NEWS xəbər verir ki, bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 99 min 563 nəfərə çatıb. Daha 28 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 1476-ya çatıb. Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.


