Ermənistanda kriminal qruplaşmanın üzvü olan keçmiş deputat öldürülüb.
BAKU.NEWS erməni mediasına istinadla xəbər verir ki, kriminal avtoritet olan keçmiş deputatın evindəki növbəti yığıncaq silahlı insidentlə bitib.
Hadisə zamanı “Kanakertsi Tuy” cinayətkar qruplaşmasının üzvü olan eks-deputat Artuş Simonyan öldürülüb. Ümumilikdə isə qanlı mübahisənin 4 qurbanı olub, daha 4 nəfər isə yaralanıb. Onların arasında A. Simonyanın oğlu da var.
Hadisə yerində 4 giliz, 4 tapança və güllə ilə dolu iki avtomat tapılıb.
Faktı Ermənistan Prokurorluğu araşdırır.


