Ermənilər illərdir istifadəsiz qalmış torpaq yol vasitəsilə yenidən qanunsuz daşımalar həyata keçirirlər.
BAKU.NEWS BAKU TV’yə istinadən xəbər verir ki, qeyri-qanuni daşımalar Rusiya sülhməramlı qüvvələrinin müşayiətilə həyata keçirilir. Digər tərəfdən, bu, Rusiya sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazidə baş verir.
Sözügedən xəbərlər fonunda Şuşadan keçən Xankəndi-Laçın yolunda 104 gündür davam edən aksiyanın iştirakçıları tələbləri yerinə yetirilməyənə qədər ərazidə qalacaqlarını bildirirlər.


