Bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri tərəfindən Laçın sərhəd-keçid məntəqəsi istiqamətində avtomat silahdan atəş açılıb. Atışma erməni postundan üzbəüz, məhz Azərbaycanın dövlət bayrağının hər gün qaldırılma mərasimi zamanı həyata keçirilib.
BAKU.NEWS xəbər verir ki, bu barədə məlumatı Caliber yayıb.
Məlumatda bildirilir ki, düşmən atəşi nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçisi yaralanıb. Onun vəziyyəti stabil qiymətləndirilir, bütün lazımi tibbi yardım göstərilir.
Hazırda vəziyyət bölmələrimizin nəzarətindədir, atışmalardan sonra erməni hərbçiləri postlarını tərk ediblər.
Bu dəhşətli hadisə Ermənistan tərəfindən terrorizmin və təcavüzün açıq təzahürüdür. Düşmən Laçında məntəqənin fəaliyyətinə problem yaratmayıb və Azərbaycanın onu qorumaq üçün kifayət qədər resursları var. Amma görünən odur ki, sərhəd-keçid məntəqəsinin fasiləsiz fəaliyyəti düşməni ciddi narahat edir. Əlavə məlumat veriləcək.


