Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası başa çatıb.
BAKU.NEWS xəbər verir ki, beş saat davam edən iclasda Türkiyənin antiterror əməliyyatları, milli təhlükəsizliyin əsas prioritetləri və regional məsələlər müzakirə olunub.
*Saat 18:01
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilir.
BAKU.NEWS xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat verib.
Təhlükəsizlik Şurasının bu il keçirilən üçüncü iclasında müxtəlif strateji məsələlər, xüsusən də İraqın şimalındakı “Pençe” əməliyyatları, Egey, Kipr və Şərqi Aralıq dənizindəki proseslər, Türkiyə ordusunun Azərbaycan, Liviya və Suriyadakı fəaliyyətləri müzakirə olunan məsələlər arasındadır.
Bundan əlavə iclasda müzakirə olunacaq digər bir mövzu da Qarabağda atəşkəsə nəzarət etmək üçün 30 yanvarda yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti olacaq.
İclasda PKK/KCK-PYD/YPG, FETÖ və İŞİD başda olmaqla bütün terror təşkilatlarına qarşı əməliyyatlar və digər regional və milli təhlükəsizlik məsələləri də müzakirə ediləcək.


