Türkiyədə 100 min erməni var. Onlardan 40 mini Türkiyə vətəndaşıdır. Digərləri isə vətəndaş deyil, ancaq Türkiyə onları geri qaytarmır.
Baku.News Türkiyənin NTV kanalına istinadən xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən VI Budapeşt Prosesi Nazirlər Konfransında deyib.
Onun sözlərinə görə, bu ermənilər ölkələrindəki çətinlik səbəbindən Türkiyəyə gəliblər.
“Bəzi Qərb ölkələri qondarma “erməni soyqırımı” adı altında təbliğat yayırlar. Biz deyirik ki, bu, tarixçilərin işidir. Bu millət tarixi boyu heç vaxt heç bir etnik ünsürə qarşı soyqırımı törətməyib”, – Ərdoğan bildirib.
O əlavə edib ki, 2011-ci ildən Suriyada davam edən daxili müharibə səbəbindən 3,6 milyon suriyalı Türkiyəyə sığınıb.
“Bəziləri çıxıb özlərinin bir nömrə olduğunu bildirirlər. Xeyr, siz bir nömrə deyilsiniz. OECD təşkilatının yaydığı rəqəmlərə görə, dünyanın bir nömrəsi Türkiyədir”, – Türkiyə prezidenti əlavə edib.
TREND
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib
- Daşkənddə beynəlxalq kardiologiya tədbirləri keçirilir


