Pakistan Baş Naziri İmran Xan Azərbaycanı 18 Oktyabr- Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.
BAKU.NEWS-un məlumatına görə, o, öz tvitter hesabında Azərbaycan Prezidentinin səhifəsini işarələyərək bunları qeyd edib:
“Müstəqillik günündə Azərbaycan Prezidentinə, Azərbaycan xalqına və qardaşlarımıza səmimi təbriklərimi çatdırıram. Biz ərazi bütövlüyünü mərdliklə qoruyan Azərbaycan qüvvələrinə hörmət edirik.
Pakistan bayrağı Dağlıq Qarabağ məsələsinin BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq həlli prosesində Azərbaycan bayrağının yanında durur”.



