Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyun 2026-cı il tarixli müvafiq Sərəncamları ilə Energetika Nazirliyinin dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunmuş əməkdaşlarına vəsiqə və medallar təqdim edilib.
Nazir Pərviz Şahbazov təltif olunmuş əməkdaşları təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Əməkdaşlar göstərilən yüksək etimada və əməyə verilən dəyərə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Energetika Nazirliyi Aparatının rəhbəri Zaur Məmmədova “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib. Nazirliyin aparat rəhbərinin müavini Rauf Rzayev, nazirin müşaviri Zəminə Əliyeva və Maliyyə şöbəsinin müdir müavini Elçin Mehrəliyev isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar.
TREND
- Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib
- İranın neft naziri istefa verdi
- Gülnaz Dadaşova beynəlxalq konfransda təltif olundu – FOTOLAR
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb


