Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan MEA-nın Folklor İnstitutunun “Dədə Qorqud” (“İrs”) ansamblının rəhbəri, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solisti, muğam ifaçısı Nuriyyə Hüseynovanın bugün doğum günüdür.
BAKU.NEWS xatırladır ki, Nuriyyə İsmayıl qızı Hüseynova 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur. 1983-1987-ci illərdə beynəlxalq müsabiqələrə qatılıb və dövlət konsertlərində uğurla çıxış etmişdir.
1987-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasını (Bakı Musiqi Akademiyası muğam ixtisası üzrə təhsil alıb və eyni zamanda müəllim statusu veririlib. 1992-1993-cu illərdə Asəf Zeynallı adına Musiqi Kollecində, 1994-cu ildə Bakı Humanitar Kolleci (Bakı Mədəni-Maarif) Texnikumunda və 1995-ci ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində müəllimə çalışır. 1995-ci ildən bu günə kimi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solistidir. 2000-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir.
2014-cü ildən Türkiyənin Ankara şəhərinin Yunus Əmrə bələdiyyəsi ilə əməkdaşlıq edərək ənənəvi olaraq hər il keçirilən konsertlərdə çıxış edir. Nuriyyə Hüseynova 2002-ci ildən Türkiyə, İran, Rusiya,Dubay, Şarja, İordaniya, Küveyt, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Fransa, Almaniya, Rumıniya, Vyana, İsveçrə, Amerika, Kanada, Hindistan, Koreya və dünyanın əksər ölkələrində konsertlərdə Azərbaycan musiqisini uğurla təbliğ etmişdir.
Nuriyyə Hüseynovanın həyat və yaradıcılığından bəhs edən Rasim Gəncəlinin “Qəlbi asiman kimi” və Teymur Bünyadovun “Sən olmasaydın” adlı kitablar çapdan çıxıb.
“Dünya musiqi xəzinəsinin incisi Muğam” İctimai Birliyinin rəhbəridir
2007-ci ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.[2]
2021-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb.
BAKU.NEWS-un kollektivi olaraq Nuriyyə xanımı təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq!


