Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Şağan qəsəbə Mədəniyyət Mərkəzində “Qonağımız var” layihəsi çərçivəsində Əməkdar artist Mətanət İsgəndərli ilə görüş keçirilib.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə sevilən müğənninin həyatı haqqında məlumat verilib, səhnə fəaliyyətindən söhbət açılıb.
Mətanət İsgəndərli çıxışında sevilən mahnılarını səsləndirib, tamaşaçıların ona ünvanlanan suallarını cavablandırıb və xatirə şəkilləri çəkdirilib.


