Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlət rəhbərliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, ölkənin bütün bölgələrində olduğu kimi, rayonumuzda da şəhid və müharibə iştirakçılarının ailələrinin mövcud problemlərinin aradan qaldırılması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirilir.
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayon rəhbəri təyin olunduğu gündən şəhidlər xiyabanını və ərazidə mövcud olan şəhid məzarlarını ziyarət edir, mütəmadi olaraq onların ailələrinə baş çəkir, qayğıları ilə yaxından maraqlanır.
Görüşlər zamanı şəhid ailələrinin sosial ehtiyacları və səsləndirdikləri müraciətlər diqqətlə dinlənilir. Qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti qurumlara yerindəcə müvafiq tapşırıqlar verilir.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirirlər.
TREND
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb
- Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının rəsmi açılışı keçirilib
- Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb


