Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ellada Mustafayeva vəfat edib.
BAKU.NEWS xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin müəllimi Günel İsgəndər (Orucəliyeva) sosial şəbəkə hesabında məlumat yayıb.
E.Mustafayevanın hansı şəraitdə və nə səbəbə vəfat etməsi hələlik məlum deyil.
Qeyd edək ki, 35 yaşlı sektor müdiri PR sahəsində tanınmış mütəxəssislərdən idi. O, 3 ay əvvəl ailə həyatı qurmuşdu.


