11 iyun tarixində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasının gündəliyində Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin təşkili ilə bağlı görülmüş işlər, həlli vacib infrastruktur məsələləri, strateji baxış və inkişaf perspektivləri, eləcə də Xidmət sektorunun iqtisadi artımda rolu və inkişaf potensialı, Xidmət sektorunda müəyyən edilmiş prioritet istiqamətlər və təkliflər və digər cari məsələlər ətraflı müzakirə olunub.
Gündəlikdə olan məsələlər üzrə Prezidentin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, iqtisadiyyat naziri Mikayıl Cabbarovun təqdimatları dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov çıxış ediblər.
İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təkliflər nəzərə alınmaqla müvafiq qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib.
TREND
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb
- Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının rəsmi açılışı keçirilib
- Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb


