Azərbaycanda təhsil alan bir qrup əcnəbi tələbə işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər.
BAKU.NEWS xəbər verir ki, səfər “Azərbaycan gəncliyi 2017 – 2021-ci illərdə” Dövlət Proqramının gənclərin beynəlxalq əməkdaşlığı və mübadiləsinin genişləndirilməsi bəndinin icrası ilə əlaqədar icra olunub.
Səfərdə 40-dək tələbə iştirak edib. Tədbirin icraçıları Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Təhsil və Müdafiə nazirlikləridir.









