Dünya Axıska Türkləri Birliyinin rəhbəri Ziyatdin Kassanovun rəhbərlik etdiyi nümayəndə heytəi Azərbaycanda səfərdə olub.
BAKU.NEWS xəbər verir ki, səfər çərçivəsində Z.Kassanov bir sıra görüşlər keçirib, Azərbaycanda yaşayan Axıska türklərinin həyat vəşəraiti ilə yaxından tanış olub.
Belə ki, Ziyatdin Kassanov Milli Məclisin deputatı Qənirə Paşayeva, Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri, xeyriyyəçi xanım Arzu Bağırova həmçinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sabiq bölmə rəisi, hazırda təqüddə olan polis polkovniki Vaqif Əsədovla görüş keçirib. Görüşdə Dünya Axıska Türklərinin milli geyim forması Vaqif Əsədova təqdim edilib.
Dünya Axıska Türkləri Birliyinin rəhbəri səfər çərçivəsində Şəhdilər Xiyabanını ziyarət edib, Şəhidlərin anım mərasiminə qatılıb.






















