Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində 8 Noyabr – Zəfər Günü ilə əlaqədar mədəni proqram təqdim olunub.
BAKU.NEWS xəbər verir ki, tədbirdə DTX-nin əməkdaşları, Vətən müharibəsi iştirakçıları, DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları və hərbi hissəsinin əsgərləri iştirak edib.
Tanınmış mədəniyyət və incəsənət xadimlərinin vətənpərvərlik mövzusunda ifaları ilə müşayiət olunan konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb


