Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan “Azərpambıq Aqrar Sənaye Kompleksi”inin Baş direktoru Fəxri Mehdiyev özünə müşavir təyin edib.
Redaksiya İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Afər Mehrabova Əzimova baş direktorun müşaviri vəzifəsinə təyin olunub.
Bundan əvvəl o, Satınalma və təchizat zənciri şöbəsinin rəhbəri vəzifəsində çalışıb.
Xatırladaq ki, “Azərpambıq” 2018-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə və Biləsuvarda yerləşirlər), 7 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy və Ucarda), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur.
TREND
- Nailə Kələntərli kollektivə təqdim olundu
- Sürət həddi endirilib – Sürücülərin nəzərinə!
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib


