Böyük Britaniya XİN başçısı Dominik Raab ünsiyyətdə olduğu şəxslərin birində koronavirus infeksiyası aşkarlanması səbəbindən özünü təcrid edib.
BAKU.NEWS “TASS”a istinadən xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
“Bu gün xarici işlər nazirinə məlumat verildi ki, yaxın təmasda olduğu insanın koronavirus analizi müsbət nəticə verib”, – nazirlikdə qeyd edilib.
Bildirilib ki, Raab evdən çalışacaq. Birləşmiş Krallıqda mövcud olan normalara görə, söhbət 14 günlük izolyasiyadan gedir.


