12 dekabr – ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Daxili İşlər Nazirliyinin rəhbər heyəti və əməkdaşları Fəxri Xiyabanda olublar.
BAKU.NEWS xəbər verir ki, əvvəlcə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və nazirliyin bir qrup rəhbər heyəti H.Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini anıblar.
Daha sonra DİN əməkdaşları da Fəxri Xiyabana gedərək Ulu Öndərin məzarını ziyarət ediblər.


