GDT peyvəndi göyöskürək, tetanus və difteriya, DT peyvəndi isə difteriya və tetanus əleyhinədir.
Övladınızın bu üç xəstəlikdən effektiv müdafiəsi üçün 4 doza QDT (1-ci doza 2 aylığında, 2-ci doza 3 aylığında, 3-cü doza 4 aylığında, 4-cü doza 18 aylığında) və 1 doza DT (6 yaşında) vurdurmaq tövsiyə olunur.
DİFTERİYA
Difteriya toksin (zəhərli maddələr) əmələ gətirən bakteriyalar tərəfindən törədilən və ağır xəstəliyə səbəb olan ciddi infeksiyadır. Difteriya körpələr və uşaqlar üçün xüsusilə təhlükəlidir.
Difteriyanın səbəb olduğu ağırlaşmalar:
– Tənəffüs yollarının tutulması,
– Ürək ritminin pozulması və ürək çatışmazlığı,
– İflic,
– Ölüm.
Difteriyanın əlamətləri:
– İntoksikasiya (qızdırma, yorğunluq, ümumi zəiflik),
– Boğaz ağrısı, səsli quru öskürək, burun axması (zökəm),
– Badamcıqların şişməsi, ağımtıl və ya boz rəngli ərplə örtülməsi,
– Nəfəsalma və udmada çətinlik.
Difteriya xəstəliyi hava-damcı yolu ilə öskürmə və asqırma zamanı ötürülür. Xəstələnmiş şəxs müalicə almadığı təqdirdə təxminən 2 həftə ərzində xəstəliyi hava-damcı yolu ilə digərlərinə yaya bilir.
S.Kərimova


